Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə təxminən 10 milyard dollarlıq taxıl ehtiyatının olduğunu bildirib.
Onun sözlərinə görə, ötənilki məhsulun təxminən 20 milyon tonu ixrac olunacaq və artıq yığılan builki məhsul da satıla biləcək.
Dövlət başçısı, həmçinin əlavə edib ki, BMT-nin Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılması ilə bağlı imzalanmış sazişin icrasına nəzarəti təmin edəcəyinə inanır.
Mənbə: gazeta.ru
www.RIA24.az