Ötən gecə İranın Fars əyalətində yağan güclü yağış daşqınlara səbəb olub.
Məlumata görə, təbii fəlakətdən ən çox zərər çəkən ərazi Estehbanat şəhərinin ətraf bölgələridir. Belə ki, fəlakət zamanı ölənlərin sayı 11-ə çatıb, 13 nəfər isə itkin düşüb.
Hazırda zərərçəkənlərin ümumi sayı 55 nəfərdir.
Yerli hakimiyyət orqanları ölən və yaralananların sayının daha çox ola biləcəyindən ehtiyatlanır.
Mənbə: TASS
www.RIA24.az