“Google”un neyron şəbəkəsinin şüurlu olduğu iddia edildi

Dünya

“Google” şirkəti baş proqramçı mühəndis Bleyk Lemoynu işdən çıxarıb.

Buna səbəb mühəndisin şirkət tərəfindən yaradılan LaMDA neyron şəbəkəsində şüur ​​kəşf etdiyini söyləməsi olub.

Bu barədə “Google”in sözçüsü məlumat verib.

O bildirib ki, mühəndis şirkətin siyasətini pozub. Bundan əlavə, korporasiya onun LaMDA ilə bağlı məlumatlarını “tamamilə əsassız” hesab edir. 41 yaşlı Lemoyn iyunun ortalarında deyib ki, çatbotlar yaradan LaMDA neyron şəbəkəsi özünün şüurunun olmasını sübut edən əlamətlər nümayiş etdirir və özünü bir insan kimi dərk edir. Mühəndis xüsusilə vurğulayıb ki, süni intellekt hətta öz hüquqlarından danışmağa da başlayıb. İşçi rəhbərlik üçün bununla bağlı ətraflı hesabat tərtib edib, lakin bundan sonra o, ödənişli məzuniyyətə göndərilib.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir