COVID-19 xəstəsi olan ABŞ prezidenti Co Bayden boğaz ağrısı, öskürək və bədən ağrılarından əziyyət çəkir.
Bu barədə iyulun 23-də onu müalicə edən həkimi Kevin O’Konnor məlumat verib.
O qeyd edib ki, Amerika lideri hələ də “Pakslovid”i qəbul edir və səhhəti yaxşılaşır.
“Onun nəbzi, təzyiqi, tənəffüs ritmi və hərarəti tam normaldır. Prezident müalicəsinə yaxşı riayət edir”, – həkim açıqlamasında bildirib.
İlkin nəticələrə görə, çox güman ki, ABŞ prezidenti “Omikron”un alt növü – BA.5 ştammı ilə xəstələnib. Həkimin sözlərinə görə, bunun müalicənin gedişatına fundamental təsiri yoxdur.
Mənbə: İzvestiya
www.RIA24.az