Karantində kökələn uşağın məktəbli formasını geyinmə cəhdi güldürdü – VİDEO

Dünya Gündəm Maraqlı

Karantin müddətində kökələn uşağın məktəbli formasını geyinmə cəhdi sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.

Çində çəkilən məzəli video “Daily Mail” tərəfindən yayımlanıb.

Kadrlarda uşağın nənəsinin köynəyin düyməsini bağlama cəhdləri əks olunub. Bu vaxtı uşaq üz-gözünü turşudaraq, qəzəbləndiyini göstərir.

Videonun sonunda nəhayət formanı geyinən uşağın məmnun təbəssümü görünür.

Qohumlarının sözlərinə görə, karantin müddətində uşaq kökələrək 50 kq çəkiyə çatıb.

Video böyük maraqla qarşılanıb. İstifadəçilər karantindən sonra özlərinin də bu hala düşəcəklərini bildiriblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir