Meksikanın Leon şəhərində yerləşən zooparkda 14 yaşlı yeniyetmə yaquarın hücumuna məruz qalıb.
Yaquar yeniyetməni ayağından yaralayıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Məsələyə münasibət bildirən zoopark rəsmiləri, yaralanan Xose adlı yeniyetmənin təhlükəsizlik məqsədilə yaradılmış baryeri aşdığını qeyd ediblər.
Mənbə: Haber Global
www.RIA24.az