ABŞ Rusiyada yerləşən haker qrupu haqda məlumata görə 15 milyon dollar vəd edib

Dünya

Qərbin rəqəmsal infrastrukturuna bir sıra iri hücumlarda şübhəli bilinən “Conti” haker qrupu haqqında məlumat üçün ABŞ hökuməti 15 milyon dollar (25,5 milyon manat) mükafat təyin edib.

Daha beş milyon dollar (8,5 milyon manat) mükafat isə hakerlərlə əməkdaşlıq edən şəxslər haqqında məlumat üçün nəzərdə tutulub.

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşdiyi iddia olunan qruplaşma üç ölkənin – İrlandiya, Böyük Britaniya və ABŞ-ın hakimiyyət orqanları tərəfindən araşdırılır. Qrupun İrlandiyanın Milli Səhiyyə Xidmətinə, Britaniyanın “Graff” zərgərlik evinə və Kosta-Rikanın vergi idarəsinə qarşı kiberhücumlarda iştirak etdiyi düşünülür.

Mənbə: Times

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir