“Gələn il Britaniyada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcək”.
Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson öz “Twitter” hesabında yazıb.
Conson qeyd edib ki, keçən həftə o, Prezident Volodimir Zelenski ilə “Avroviziya-2023”ün harada keçiriləcəyindən asılı olmayaraq Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcəyi ilə bağlı razılığa gəlib.
“Biz indi müsabiqəni qəbul etdiyimizə görə Böyük Britaniya bu vədinə birbaşa əməl edəcək və ukraynalı dostlarımız adından fantastik yarış keçirəcək”, – deyə Boris Conson vurğulayıb.
İyulun 25-də Avropa Dillər Birliyi və BBC “Avroviziya-2023” mahnı müsabiqəsinin hazırkı qalib olan Ukraynanın İctimai Teleradio şirkəti adından Böyük Britaniyada keçiriləcəyini təsdiqləyib.
Razılığa əsasən, BBC builki qalib kimi Ukraynanın bütün tədbirdə təmsil olunmasını təmin etməlidir.
İctimai Teleradio nümayəndələri gələnilki şouda Ukrayna elementlərini hazırlamaq və həyata keçirmək üçün BBC ilə əməkdaşlıq edəcəklər.
Last week President @ZelenskyyUa and I agreed that wherever Eurovision 2023 is held, it must celebrate the country and people of Ukraine.
As we are now hosts, the UK will honour that pledge directly – and put on a fantastic contest on behalf of our Ukrainian friends.
— Boris Johnson (@BorisJohnson) July 25, 2022
Mənbə: Yevropeyskaya pravda
www.RIA24.az