Myanma 46 il öncəki ənənəni bərpa etdi

Dünya

Myanma ordusu Demokratiya Uğrunda Milli Liqanın (NLD) keçmiş deputatı Ko Pyo Zeya To, fəal Çjo Min Yu və daha iki nəfəri antiterror qanunu çərçivəsində edam edib.

Bu barədə “The Irrawaddy” məlumat yayıb.

Məlumata görə, ölüm hökmləri həftəsonu həyata keçirilib. Ko Pyo Zeya To və Çjo Min Yu 2021-ci ilin sonlarında saxlanılıb və Yanqonda silahlı müqavimət əməliyyatlarının təşkilinə görə yanvar ayında ölüm cəzasına məhkum ediliblər.

Deputat və fəalların edamı 1976-cı ildən bəri həyata keçirilən siyasi müxaliflərin ilk edamı olub.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir