Kaliforniyada palıd meşəsində yanğından sonra səmada qeyri-adi mənzərə yaranıb. Sosial şəbəkə istifadəçiləri bununla bağlı kadrlar yayıblar.
Qeyd edək ki, artıq günlərdir davam edən təbii fəlakətlə əlaqədar Mərkəzi Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edilib. Yanğın Yosemit Milli Parkının yaxınlığında 38 kvadratkilometr ərazidə meşəni əhatə edib. Söndürmə işlərinə helikopterlər, təyyarələr və buldozerlər cəlb olunub, minlərlə insan təxliyə edilib. Vəziyyəti nəzarətə götürmək hələlik mümkün deyil, isti və güclü külək alovun genişlənməsinə şərait yaradır.




Mənbə: SRB News
www.RIA24.az