Yepiskopdan ibadət zamanı 400 min dollarlıq qızıl-zinət əşyaları oğurlandı – VİDEO

Dünya

Nyu-Yorkda yepiskop bazar günü ibadət zamanı hücuma məruz qalıb.

İnsident Bruklindəki Beynəlxalq Sabah Kilsəsində baş verib.

Maskalı və silahlı şəxslər məbədə soxularaq keşişdən yerə uzanmasını tələb edib.

Bundan sonra hücum edənlər keşişin zinət əşyalarını və bəzək əşyalarını götürərək qaçıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar yepiskopdan dəyəri ümumilikdə 400 min dollara yaxın olan qızıl-zinət əşyalarını qarət ediblər.

Mənbə: New York Post

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir