Beş aydan sonra Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya birbaşa təyyarə reysləri bərpa olunur.
Bu barədə Yekaterinburqdakı Koltsovo Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
“İyulun 31-dən etibarən “İraero” aviaşirkəti Azərbaycanın paytaxtına uçuşlara başlayacaq” – hava limanının məlumatında qeyd olunub.
Məlumatda həmçinin bildirilib ki, reyslər həftədə iki dəfə – çərşənbə günü yerli vaxtla saat 20:20-də və bazar günü saat 17:20-də yerinə yetiriləcək:
“Biletləri aviaşirkətin saytından və özəl aviabilet satışı agentliklərindən almaq mümkündür”.
Mənbə: Ura.ru
www.RIA24.az