İranın Kirman şəhərində silahlı qruplaşma ilə atışma nəticəsində polkovnik Əli Bərzəgar öldürülüb, daha beş hüquq mühafizəçi isə yaralanıb.
Bu barədə Kirman vilayəti üzrə polis idarəsinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Amin Qafuri məlumat verib.
Onun sözlərinə görə, iyulun 25-dən 26-na keçən gecə baş verən qarşıdurma zamanı silahlı dəstənin altı üzvü məhv edilib.
Əməliyyat zamanı hadisə yerindən üç elektroşoker, 17 silah, çoxlu sayda sursat və 697 kq narkotik (508,5 kq tiryək və 188,4 qram həşiş) müsadirə edilib.
Mənbə: Asriran.com
www.RIA24.az