ABŞ-ın Kaliforniya əyalətində baş verən meşə yanğınları “Shaver” və “Huntington” göllərinin yaxınlığında da sürətlə yayılıb.
San-Xosedən Las-Veqasa gedən təyyarədəki bir sərnişin sosial media hesabında yanğının ortaya çıxardığı dumanın fotolarını bölüşüb.
Qeyd edək ki, ştatın qubernatoru Qavin Nyusom meşə yanğınları səbəbi ilə əyalətə bağlı 5 qəsəbədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.