Bu ölkədə də pandemiya bitənə qədər maska taxmaq məcburi olacaq – 100 avro cərimə…

Dünya

İspaniyada bununla bağlı rəsmilər sərəncam verib.
Bununla bağlı ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. İspaniya iyunun 21-dən başlayaraq fövqəladə vəziyyəti ləğv etməyə hazırlaşarkən səhiyyə naziri Salvador İlla koronavirus pandemiyasına qalib gələnə qədər maska taxmağın məcburi olacağını deyib.  
Bildirilir ki, qaydalara riayət etməyən vətəndaşlar isə 100 avro cərimə ediləcək. İspaniyada martın ortalarından sonra pandeyanın nisbətən qarşısı alınıb. Bu günə kimi ölkədə 27 min 136 nəfər həyatını itirib, virusa yoluxanların sayı isə 241 min 717 nəfərə çatıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir