12 ildir yağışa həsrət qalmış Cənubi Afrika Respublikasının quraqlıq bölgəsində yaşayan sakinlər qarın yağmasını təəccüblə qarşılayıblar.
REN TV xəbər verir ki, hadisə CAR-ın Сənubi Kaps əyalətinin Kalvin şəhərində qeydə alınıb.
Şəhər sakinləri bu yağıntının möcüzəyə bərabər olduğunu bildirərək, ilk dəfə qar gördüklərinə görə xoşbəxt olduqlarını söyləyiblər.