ABŞ Hərbi Hava Qüvvələri NATO-nun bölgədəki missiyasını gücləndirmək üçün Polşaya altı F-22 “Raptor” qırıcı təyyarəsi yerləşdirəcək.
Bu barədə ABŞ HHQ-nin Avropa və Afrikadakı qərargahına istinadən məlumat yayılıb.
Məlumata görə, beşinci nəsil qırıcılar Alyaskada yerləşən 90-cı Ekspedisiya Qırıcı Eskadronundan İngiltərədəki Leykenhit aviabazasına gəlib və oradan Lusk şəhərindəki (Polşa) 32-ci taktiki hava bazasına yollanacaq.
Mənbə: TASS
www.102info.az