Hindistanın Bihar ştatında güclü ildırım nəticəsində bir gündə 20 nəfər ölüb.
Bildirildiyinə görə, hava həddindən artıq isti olduğu üçün insanların çoxu sərinləmək məqsədilə bayıra çıxmağa çalışır və nəticədə ildırım vuranların sayı artır.
Ştatın Baş naziri Nitiş Kumar region sakinlərini təhlükəsizliyə diqqət etməyə və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb. O, həmçinin ölənlərin ailələrinə təzminat kimi 400 min rupi (təxminən beş min avro) ödəniləcəyini açıqlayıb.
Eyni zamanda nazir məmurlara ildırımın hər hansı bir yerə dəyməsinə mane olan və əvəzinə elektrik enerjisini torpağa yönəldən ildırımötürənlərin quraşdırılması barədə də tapşırıq verib.
Mənbə: Gazeta.ru
www.102info.az