“Ukrayna ilə müharibədə on minlərlə rusiyalı ölüb və yaralanıb”.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukrayna ilə bağlı gizli brifinqində iştirak edən üzvləri Bayden administrasiyasının rəsmilərinə istinadən bəyan ediblər.
“Bizə məlumat verilib ki, 75 mindən çox rusiyalı ya öldürülüb, ya da yaralanıb, həmçinin quru qüvvələrinin 80%-dən çoxu başını itirib, onlar yorulublar”, – deyə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində xidmət edən və bu yaxınlarda Ukraynaya səfər edən demokrat Elissa Slotkin bildirib.
Onun sözlərinə görə, iclasda həmçinin ABŞ-ın Ukraynaya təcili yardımı müzakirə edilib.
“Brifinqdə əsas söhbət yaxın üç-altı həftə ərzində çox təcili olaraq ukraynalılar üçün daha nə edə biləcəyimiz və etməli olduğumuz barədə idi. Ukraynalılar cənubda əks-hücum əməliyyatına başlamaq istəyirlər. Biz də istəyirik ki, bu, mümkün qədər uğurlu olsun”, – deyə siyasətçi vurğulayıb.
Mənbə: Korrespondent.net
www.102info.az