Moskvada şahmat robotu bütün turnirlərdən kənarlaşdırılıb.
Belə qərar onun 7 yaşlı şahmatçının barmağını sındırdığına görə qəbul edilib.
Xatırladaq ki, hadisə iyulun 19-da Rusiya paytaxtında keçirilən şahmat turniri zamanı qeydə alınıb.
Hərçənd, insidentə Kristofer adlı oğlanın tələsməsi səbəb olub, buna baxmayaraq, uşağa xəsarət yetirmək robota baha başa gəlib.
Mənbə: Baza
www.102info.az