Dağıstanda canavar altı və yeddi yaşlı iki oğlana hücum edib, onlardan birini meşəyə sürükləyərək öldürüb.
Hadisə respublikanın Tsuntinski rayonunun Kidero kəndi yaxınlığında baş verib. Altı uşaq meydançada futbol oynayarkən onlardan ikisi giləmeyvə yığmaq üçün meşəyə getmək qərarına gəlib. Orada canavar uşaqlara hücum edib.
Yeddi yaşlı oğlanın cəsədi bataqlıqlarda tapılıb. Onun altı yaşlı qardaşı sağ qalıb və hazırda boyun dişləmələri ilə xəstəxanadadır.
Mənbə: lenta.ru
www.102info.az