Türkiyədə sərxoş rusiyalı turist Ukraynadan gələn qızları rusca danışmağa məcbur edib, onları alçaldıb və nalayiq sözlərlə söyüb.
Ukraynalı qadınlar yerli polisə və otel rəhbərliyinə müraciət edib. Rusiyalı otaq qonşusu ilə birlikdə oteldən çıxarılıb.
Hadisə ilə bağlı Xarkov vilayətindən olan turist Karina “Life.pravda”ya danışıb.
Rəfiqəsi Anna ilə birlikdə Türkiyənin Alanya şəhərində dincələn Karina oteldə liftə minərkən tanımadıqları kişi ilə qarşılaşıb. Kişi onlarda yuxarı və ya aşağı mərtəbəyə getdiklərini soruşub. Qızlar Ukrayna dilində aşağı getdikləri cavabını veriblər. Ukrayna dilini eşidən sərxoş turist qızlardan rusca danışmağı tələb edib və onların ukraynalı olduğunu biləndə onları “xoxluşki”, dillərini isə “dana əti” adlandırıb.
Rusiyalı nahar etməyə gedən qızlara bir saat sonra yenə yaxınlaşıb və niyə rusca danışmadıqlarını soruşub. O, nalayiq sözlər işlədib və qızları ədəbsiz sözlərlə təhqir edib.
Turist qızlar jandarmlara və otel administrasiyasına xəbər edib, eyni zamanda rusiyalının onları təhqir etdiyi anları videolentə alıb. Bələdçinin və otel administrasiyası nümayəndələrinin olması belə rusiyalıya mane olmayıb.
“Rusiyada hansı həbsxanalar olduğunu bilirsinizmi? Yaxşı, mən həbsxanaya gedəcəm. Orada elə bir qalmaqal yaradacağam ki”, – deyə o, polisi gözləyərkən təhdidlərinə davam edib.
Dava edənin Bryansk sakini, Dmitri Simadianov adlı şəxs olduğu üzə çıxıb.
“Jandarmlar onu maşına mindirib apardılar. Biz polis idarəsində qadınlara qarşı zorakı münasibətlə bağlı bəyanat yazdıq. Bu, gələcəkdə onun Türkiyəyə girişinin qadağan edilməsinə səbəb ola bilər”, – deyə Karina qeyd edib.
Otel rəhbərliyi bir daha aqressiv rusiyalı ilə qarşılaşmayacaqlarına dair hər şey edəcəklərinə qızları əmin edib.
“Bizə dedilər ki, rusiyalı və onun qonşusu nəzarət altında saxlanılıb”, – deyə ukraynalı qız bildirib.
Lakin Karinanın sözlərinə görə, bununla belə oteldə bir çox rusiyalı dincəlir və həmçinin onlar Ukrayna dilini eşidəndən sonra aqressivlik nümayiş etdirməyə başlayırlar.
Mənbə: Life.pravda.com.ua
www.102info.az