Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində yaşayış məntəqələrindən birini Rusiya hərbçilərindən azad edib.
Bu barədə Knyaz Vladimir Monomax adına 53-cü mexanikləşdirilmiş briqadanın “Facebook” səhifəsində məlumat verilib.
Məlumatda bildirilir ki, Ukrayna kəndinin rusiyalılardan azad edilməsində həmçinin “Aydar” 24-cü əlahiddə hücum batalyonunun əsgərləri də iştirak edib.
“Hazırda kənd daha çox ruha bənzəyir: “ölü” hərbi texnika, dağılmış evlər və mülki əhalinin dəhşətli xatirələri”, – deyə hərbçilər bildirirlər.
Məhz hansı yaşayış məntəqəsinin nəzərdə tutulduğu barədə briqada məlumat vermir.
Mənbə: UNİAN
www.102info.az