İstanbul boğazında hərəkət dayandırılıb.Buna səbəb Misirdən Bolqarıstana səyahət edərkən gəmidə yaranan nasazlıq olub.
Bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsinin sosial media hesabında məlumat verilib.
“Bələdçi kapitanımız və “KURTARMA-12” və “NAZIM TUR” yedək gəmilərimiz Misirdən Bolqarıstana səfər edən və Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranan 134 metr uzunluğundakı “SPARTA” gəmisinə yönəldilib. Nasazlığın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb”, – deyə verilən açıqlamada bildirilib.
Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Mənbə: Sondakika
www.102info.az