Dronlarla bağlı Rusiya ilə əməkdaşlıq barədə Türkiyə tərəfindən AÇIQLAMA

Dünya

“Rusiya ilə pilotsuz təyyarələrin birgə istehsalı üzrə mümkün əməkdaşlıq məsələsi hələlik Türkiyə Müdafiə Sənayesi İdarəsi tərəfindən nəzərdən keçirilmir”.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bəyan edib.

O belə bir əməkdaşlığın mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bunun olub-olmayacağı barədə bir söz deyə bilməyəcəyini vurğulayıb.

“Gündəliyimizdə belə bir şey yoxdur, bu istiqamətdə heç bir iş aparılmır. Proses Türkiyə Cümhuriyyətinin siyasəti çərçivəsində formalaşır, biz ancaq onun texniki tərəfi ilə bağlı işləri görürük ”, – deyə Dəmir bildirib.

Mənbə: Hurriyet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir