Blinken və Lavrov arasında telefon danışığı: Vaşinqton Moskvaya xəbərdarlıq etdi

Dünya

ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı apardığını bildirib.

Amerikalı siyasətçinin sözlərinə görə, nazirlə söhbət açıq və birbaşa olub.

“Rusiya xarici işlər naziri Lavrovla danışdım. Səmimi və birbaşa söhbətimiz oldu”, – deyə ABŞ diplomatiyasının rəhbəri bildirib.

Tərəflər xüsusilə əsirlərin mübadiləsi məsələlərini müzakirə ediblər. Blinkenin sözlərinə görə, o, Vaşinqtonun amerikalılar Pol Uilan və Britni Qrineri azad etmək təklifini Moskvanın qəbul etməsində israr edib. Bundan əlavə, dövlət katibi Lavrova Ukraynanın bir sıra regionlarının ölkənin tərkibinə daxil olacağı təqdirdə ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə də xəbərdarlıq edib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir