Rusiyalı kişi oğlunu ağladan iki məktəblini döyüb, ardınca isə onların hər ikisini oğlunun qarşısında diz çökdürərək üzr istəməyə məcbur edib.
Məlumata görə, oğlunu göz yaşları içində görən kişi bunun səbəbini soruşub, uşaq da iki məktəblinin adını çəkərək təhqir edildiyini deyib. Bundan qəzəblənən ata da məktəbliləri “maarifləndirmək” qərarına gəlib.
Tümen şəhərində qeydə alınan hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Baş verənlərlə əlaqədar hüquq mühafizə orqanlarında yoxlamalara başlanılıb.
Mənbə: “Mash” “Telegram” kanalı
www.102info.az