İranda daşqın qurbanlarının sayı 56-ya çatıb. Bundan əlavə, 18 nəfər itkin düşmüş hesab olunur.
Təbii fəlakətdən Sistan və Bəlucistan, İsfahan, Kohgiluyə və Boyer-Əhməd, Çaharmahal və Bəxtiyari, Kirman, Yəzd, Fars, Buşəhr, Semnan, Əlborz, Qəzvin, Qum, Tehran, Zəncan, Gilan, Mazandaran, Gülüstan, Xorasan, Hörmüzqan və Xuzistan əyalətləri zərər çəkib.
Qeyd edək ki, İranda günlərdir davam edən güclü yağışlar daşqınlarla nəticələnib. Ölkənin müxtəlif bölgələrində torpaq sürüşmələri qeydə alınıb. Yollar qismən bağlanıb və buna görə də xilasedicilər zərərçəkənlərə operativ kömək göstərə bilmirlər. İnfrastruktura da ciddi ziyan dəyib. Təbii fəlakət ölkə iqtisadiyyatına da ciddi ziyan vurub. Proqnozlara görə, yaxın günlərdə İranda yağıntılar dayanmayacaq.
Mənbə: Tasnim
www.102info.az