Yanacaqdoldurma məntəqəsində alışqanla oynayan kişi bir anda alovlara büründü – VİDEO

Dünya

Alışqanla oynayan kişi təsadüfən özünü, yanacaqdoldurma məntəqəsini və maşınını yandırıb. Qorxunc hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib.

Bununla bağlı yayılan kadrlardan görünür ki, maşına yanacaq doldurarkən həmin şəxs əlində alışqanla oynayıb. Ancaq bir qığılcım kifayət edib ki, özü və maşını alovlara bürünsün.

Bununla belə sürücü özünü itirməyib. O, əvvəlcə özünü xilas edib, sonra cəld maşını hadisə yerindən uzaqlaşdırıb, nəhayət geri qayıdaraq məntəqədə alovu söndürüb.

Məlumata görə, kişi ayaqlarından ciddi yanıq xəsarətləri alıb.

Mənbə: Zvezda TV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir