ABŞ prezidenti Co Baydenin koronavirus üçün antigen testi müsbət çıxıb.
Ağ Evdən veirlən məlumata görə, iyulun 30-da dövlət başçısı karantinə qayıdıb.
Amerika liderinin vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Xatırladaq ki, iyulun 21-də Bayden COVID-19 üçün müsbət test verib. Qeyd olunub ki, ABŞ liderinin hərarəti 37,5-ə yüksəlib, bədən ağrıları və boğaz ağrısı müşahidə edilib. Lakin bir müddət sonra dövlət başçısının testi neqativ çıxıb və o, normal iş rejiminə dönüb.
Mənbə: İzvestiya
www.102info.az