Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 60 terrorçu zərərsizləşdirilib.
“Hadin Kai” əməliyyatının komandanı general-mayor Kristofer Musa Borno əyalətində “Boko Haram”a qarşı havadan və qurudan əməliyyatlar aparıldığını bildirib.
Musa, həmçinin120 terrorçunun da ələ keçirildiyini deyib.
Onun sözlərinə görə, 2014-cü ildə terrorçuların məktəbə basqını zamanı girov götürülən üç şagird əməliyyatlar zamanı xilas edilib.
Qeyd edək ki, “Boko Haram”ın təşkil etdiyi terror aktlarında indiyədək 20 mindən çox insan həlak olub.
Mənbə: TRT
www.102info.az