Amerikalı lotereyada 1,28 milyard dollar uddu

Dünya

ABŞ-ın İllinoys ştatının sakini “Mega Millions” lotereyasında 1,28 milyard dollar udub.

Qalibin adı məlum deyil. Belə ki, ştat qanunları 250 min dollardan çox pul qazanmış iştirakçılara adlarını və ünvanlarını gizli saxlamağa icazə verir.

Qeyd olunur ki, bu, 1996-cı ildə lotereya yaradılandan bəri ikinci ən böyük uduşdur.

Cekpotu qazanan amerikalı ya 29 il ərzində bütün məbləği ala, ya da dərhal cəmi 747 milyon dollar götürə bilər. İkinci halda, vergi ödədikdən sonra onun əlində 457,5 milyon dollar qalacaq.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir