Filippinin keçmiş prezidenti vəfat etdi

Dünya

Filippinin keçmiş prezidenti Fidel Valdez Ramos 94 yaşında vəfat edib.

Bu barədə bazar günü dövlət başçısı yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anceles məlumat verib.

Qeyd edək ki, Ramos 1992-1998-ci illərdə Filippinin 12-ci prezidenti olub. Onun administrasiyası 2000-ci ilə qədər ölkəni sənayeləşdirməyi hədəfləyən “Filippin 2000” proqramı ilə tanınıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir