Ərəbistan dənizinin Pakistan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə bazar günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri 33 min nəfərdən çox əhalisi olan Pasni şəhərindən 14 km cənub-şərqdə, 30 km dərinlikdə yerləşib.
Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.
Mənbə: TASS
www.102info.az