Özbəkistanda avqustun 1-dən 10-dək 46 ali təhsil müəssisəsində keçiriləcək qabiliyyət imtahanlarına Təhsil Nazirliyi ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də nəzarət edəcək.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, idarənin əməkdaşları ilk dəfə imtahanların keçiriləcəyi binaya və əraziyə baxış keçirəcək.
Bildirilib ki, qabiliyyət imtahanları real vaxt rejimində imtihon.edu.uz platforması vasitəsilə izləniləcək.
Mənbə: rossaprimavera.ru
www.102info.az