Murmansk vilayətinin Zelenoborski kəndi yaxınlığında Ağ dənizin Knyajaya Quba ərazisində göyərtəsində beş nəfərin olduğu gəmi qəzaya uğrayıb.
Bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Şimal-Qərb Nəqliyyat Prokurorluğu Ağ dənizdə göyərtəsində beş nəfərin olduğu kiçik gəminin qəzaya uğramasına dair insidentlə bağlı araşdırma təşkil edib”, – deyə nəzarət orqanı qeyd edib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 10 xilasedicidən ibarət qüvvəsi və 6 texnikası hadisə yerinə cəlb olunub. İtkin düşənlərin axtarışına başlanılıb.
Axtarışlar nəticəsində üç nəfər tapılıb ki, onlardan biri həlak olub. Daha iki nəfərin axtarışları davam edir.
Mənbə: İzvestiya
www.102info.az