Müəllimlərin istəyi: Barselonada velosipedli uşaqlar küçələri zəbt etdilər – VİDEO

Dünya

Barselonada kütləvi şəkildə məktəbə velosipedlə gedən uşaqlar gözəl mənzərə yaradıblar.

Bir çox ölkədə təbiətin dostu kimi istifadə edilən velosiped 7-70 yaşlı hər kəsin seçimidir. Əksər ölkələrdə insanlar işə, uşaqlar isə məktəbə velosipedlə getməyə üstünlük verirlər. Barselonada çəkilən bu görüntülərdə uşaqlar məktəbə gedərkən birlikdə velosiped sürürlər.

Bəzi uşaqların da skeytbordda getməyə üstünlük verdiyi müşahidə olunur.

Onlar hər cümə günü müəllimlərinin istəyi ilə velosipeddən istifadə edir və bununla da digərləri üçün nümunəvi davranış sərgiləyirlər.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir