40 yaşlı kişiyə “vəhy” gəldi: Xilaskar Məsihin Kilsəsini su ilə batırdı

Dünya

Rusiyanın paytaxtı Moskvada 40 yaşlı kişi istirahət gününü qəribə şəkildə qeyd edib. Belə ki, o, gecə Xilaskar Məsihin Kilsəsinə girib, yanğın hidrantlarını açıb, suyu açıq buraxıb və kilsəyə su dolub.

“Baza” “Telegram” kanalının məlumatına görə, kişi dini obyektə zirzəminin pəncərəsini sındıraraq daxil olub. Onun məbəddə etdiyi hərəkətlər nəticəsində iki yeraltı mərtəbənin dəhlizlərini su basıb. Fondun yerləşdiyi bölməyə ziyan dəyib. Su həm həyətə, həm də kiçik kitabxanaya keçib.

Xuliqan məbədi qoruyan mühafizəçilər tərəfindən saxlanılıb. Kişi iddia edib ki, onu məbədə “kimsə göndərib”.

Nəticədə həmin şəxs polisə aparılıb və barəsində protokol tərtib edilib. Hazırda “Vandalizm” maddəsi ilə cinayət işinin başlanması məsələsi həll edilir.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir