Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri gözlənilir.
Mənbə iddia edir ki, N.Pelosi ABŞ-ın Demokratlar Partiyasından olan Nümayəndələr Palatasının beş üzvünün müşayiəti ilə yerli vaxtla 21:00 – 22:00 civarında (Bakı vaxtı ilə 17:00 – 18:00-da) Tayvanda olacaq.
Qeyd edək ki, Pekin dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, səfər baş tutsa, bu, nəticəsiz qalmayacaq və Çin sərt tədbirlər görəcək.
Yayılan digər xəbərlərə görə, Nensi Pelosinin səfəri ilə ələ əlaqədar Tayvan ordusunun hərbi hazırlıq səviyyəsi artırıb.
Öz növbəsində Çinin BMT-dəki nümayəndəsi bildirib ki, Pelosinin Tayvana səfəri Pekin və Vaşinqton arasında münasibətlərə xələl gətirəcək.
Mənbə: China Times
www.102info.az