Çavuşoğlu: “Azərbaycanın şanlı zəfəri Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratdı” – VİDEO

Dünya

“Müstəqilliyinin 31-ci ilində Azərbaycan və Özbəkistanla münasibətlərimiz artıq strateji müttəfiqlik hüdudlarından kənara çıxır. Liderlərimizin yaxın dostluğu fəaliyyətimizi asanlaşdırır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.

O, tarixi Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə gəldiyini vurğulayıb.

“Azərbaycanın şanlı zəfəri ilə Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa tərəf olan ölkələrin qazanclı olacaqları yeni geosiyasi tarazlıq yaranıb. Hər kəsi bu fürsəti dəyərləndirməyə təşviq edirik”, – deyə o, bildirib.

O, Ankaranın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini qeyd edib.

“Biz də normallaşmaq üçün addım atır, xüsusi nümayəndələrimizin görüşləri vasitəsilə Azərbaycanla məsləhətləşmə çərçivəsində irəliləyirik”, – deyə o, bildirib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir