BMT Baş katibi: “Dünyanı nüvə məhvindən bir səhv hesab ayırır”

Dünya

“Hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq nüvə silahının yayılmaması ilə bağlı müqavilə həmişəkindən daha zəruridir”.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə İcmal Konfransında çıxışı zamanı bildirib.

“Biz tərksilah yoluna qayıtmalıyıq, çünki nüvə silahının dünyanı məhv etməsi təhlükəsi artıq soyuq müharibə zamanındakı səviyyəyə çatıb”, – deyə o, qeyd edib.

Onun çıxışı BMT-nin saytında yayımlanıb.

“Bu gün bəşəriyyəti nüvə məhvindən yalnız bir anlaşılmazlıq, bir səhv hesab ayırır. İndiyə qədər bizim bəxtimiz gətirib, amma bəxt strategiya deyil”, – deyə o, vurğulayıb.

Mənbə: RBC.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir