Çin Tayvana hücum edərsə, Almaniya hökuməti Tayvana kömək edəcək.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Biz beynəlxalq hüququn pozulmasını və daha böyük qonşunun kiçik qonşusuna hücum etməsini qəbul etmirik. Bu, əlbəttə ki, Çinə də aiddir”, – deyə nazir bildirib. O, Çinin təcavüzü halında Berlinin Tayvanı dəstəkləyəcəyinə söz verib.
Mənbə: Lenta.ru
www.102info.az