Pakistan Müdafiə Nazirliyi bazar ertəsi ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində helikopterin qəzaya uğraması nəticəsində iki general da daxil olmaqla altı hərbçinin öldüyünü təsdiqləyib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, helikopterdə olan altı hərbçinin hamısı həlak olub.
“Onların arasında Pakistan Ordusunun 12-ci Korpusunun komandiri, general-leytenant Sərfraz Əli və Pakistan Sahil Mühafizəsinin rəisi, general-mayor Əmcad Hənif Satti də var”, – deyə məlumatda bildirilib
Qeyd edək ki, helikopterin qalıqları ucqar dağlıq Lasbella bölgəsində axtarış-xilasetmə əməliyyatı zamanı tapılıb. İlkin məlumatlara görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
The wreckage of unfortunate hel which was on flood relief ops found in Musa Goth, Windar, Lasbela. All 6 offrs & sldrs incl Lt Gen Sarfraz Ali embraced shahadat. اِنّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
Accident occurred due to bad weather as per initial investigations . DTF pic.twitter.com/dnyano2vqC— DG ISPR (@OfficialDGISPR) August 2, 2022
Mənbə: The Express Tribune
www.102info.az