PSJ-nin və Hollandiya millisinin yarımmüdafiəçisi Jorjinyu Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.
Bu barədə jurnalist Fabrisio Romano “Twitter” hesabında yazıb.
Məlumata görə, hollandiyalı yarımmüdafiəçi icarə əsasında İtaliya klubunda çıxış edəcək.
Veynaldum ötən mövsüm 38 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, Veynaldumun bazar dəyəri 18 milyon avrodur. Futbolçu əvvəllər “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord”da çıxış edib.
Mənbə: Gazeta.ru
www.102info.az