ABŞ-da 2021-ci ildə rekord sayda əsgər intihar edib. Belə ki, orduda keçən il intiharların sayı 176 nəfərə çatıb ki, bu da 1938-ci ildən bəri ən yüksək intihar göstəricisidir.
Statistikaya görə, intihar nisbəti 2015-ci ildən artmağa başlayıb.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən 3,4 mindən çox amerikalı hərbçi intihar edib ki, bu da Əfqanıstanda 20 illik hərbi əməliyyatlarda ölənlərdən təxminən min nəfər çoxdur. 2022-ci ilin əvvəlindən ABŞ ordusunda 72 intihar hadisəsi qeydə alınıb.
Mənbə: The Epoch Times
www.102info.az