Rusiyalı milyarderin oğlu Moskvanın mərkəzində qəzaya düşdü

Dünya

Rusiyanın “Forbes” siyahısında yer alan milyarder Vladimir Leşikovun oğlu Artyom Moskvanın mərkəzində yol qəzası keçirib.

Bu barədə “Kanal 112” “Telegram” məlumat verib.

Telekanalın məlumatına görə, Leşikovun oğlunun “Mersedes-Benz”i iki avtomobillə toqquşub. Nəticədə biri uşaq olmaqla iki nəfər yaralanıb. Artyomun özü isə heç bir xəsarət almayıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Mənbə: MK.ru

www.102info.az