ABŞ-ın Alabama ştatında 12 yaşlı qız ona spirli içki içirərək otaracağa bağlayan və bir həftə əsirlikdə saxlayan şəxsin əlindən qaçıb.
Özünü azad etmək üçün qız kəndirləri gəmirməli olub.
O, magistral yolda təsadüfi sürücü tərəfindən aşkar edilərək polisə təhvil verilib. Ertəsi gün cinayətkar həbs edilib. Onun 37 yaşlı Xose Paulino Paskual-Reyes olduğu ortaya çıxıb.
Kişinin evinə baxış zamanı iki meyit tapılıb.
O, qətl, adam oğurluğu və insan qalıqları ilə pis rəftarda ittiham olunub.
Reyesi ölüm cəzası gözləyir. Belə ki, Alabama ştatında buna icazə verilir.
Mənbə: lenta.ru
www.102info.az