Avropada meymunçiçəyinə yoluxanların sayı 16 minə yaxınlaşdı

Dünya

Avropa regionunun 38 ölkəsində 15 926 meymunçiçəyi xəstəsi müəyyən edilib.

Bu barədə çərşənbə günü Avropada Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

Ən çox yoluxma 31-40 yaş arası (41%) kişilərdə (99,1%) olub. Yoluxmuş şəxslərdə səpgi (94,8%), hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65%) kimi sistemik simptomlar müşahidə edilib.

Yoluxanlardan 399 nəfər (5,6%) xəstəxanaya yerləşdirilib ki, onlardan da 150 nəfərinin stasionar yardıma ehtiyacı olub.

Üç xəstə reanimasiyaya yerləşdirilib, onlardan ikisi dünyasını dəyişib.

41 yoluxma hadisəsində tibb işçilərilə bağlı olub. Lakin virusun peşə fəaliyyəti ilə əlaqəsi barədə məlumat verilməyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir