“Barselona” futbol klubunun prezidenti Joan Laporta “Pari Sen-Jermen”in hücumçusu Lionel Messinin katalonların düşərgəsinə qayıtması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
O, forvardın qarşısında mənəvi borcu olduğunu bildirib.
“Mən bir prezident kimi hiss edirəm ki, karyerasının ən yaxşı günlərini vermək, yaxud başa çatdırmaq üçün ən yaxşı anı yaşatmaq üçün ona mənəvi borcum var”, – deyə Laporta bildirib.
Xatırladaq ki, Lionel Messi “Barselona”da keçirdiyi 18 ildən sonra komandanı tərk etmək qərarına gəlib və 2021-ci ildə PSJ-nin oyunçusu olub. Ötən mövsüm PSJ Fransa Liqa 1-in qalibi olub.
Messi paytaxt təmsilçisinin heyətində 34 matçda iştirak edib və bu oyunlarda 11 qol vurub, 14 məhsuldar ötürmə edib.
Mənbə: Marca
www.102info.az