Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurası (YAS) toplanıb.
Toplantıya Şura üzvlərindən vitse-prezident Fuad Oktay, milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli təhsil naziri Mahmut Özer, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz qatılıb.
Toplantıdan əvvəl Prezident Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şura heyətinin üzvləri Anıtkabiri ziyarət edib.
Saat 12:30-da başlayan və qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
Mənbə: Habertürk
www.102info.az